
“Litva səfirliyinin iki əməkdaşı, Latviya və Estoniya səfirliklərinin isə bir əməkdaşı yeddi gün ərzində Rusiya Federasiyasını tərk etməlidirlər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumatda deyilir. Nazirlik, Baltikyanı ölkələrdəki Rusiya səfirliklərinin işçilərinin ölkədən qovulması üçün təxribatçı addımlara qarşı sərt şəkildə etiraz etdiklərini bildirib.
Qeyd edək ki, 23 apreldə Latviya, Litva ve Estoniya rus diplomatlarını diplomatik statusa uyğun olmayan fəaliyyətlərdə günahlandıraraq qovduqlarını elan etmişdilər.