Çexiyadan sonra Bolqarıstan da silah anbarında baş verən partlayışlarda Rusiyanı günahlandırdı


Bolqarıstan prokurorluğu 2011-2020-ci illər arasında ölkənin silah fabriklərində baş verən dörd partlayışda Rusiyanı günahlandırdı.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Bolqarıstanın baş prokurorunun rəsmi nümayəndəsi Siika Mileva məlumat verib. Onun sözlərinə görə, silah fabriklərində baş verən dörd partlayışda oxşarlıq var:
“Partlayışlar Gürcüstan və Ukraynaya ixrac edilməsi planlaşdırılan silah anbarlarında baş verib. Bu partlayışlarda 6 rusiyalı şübhəli bilinir. Onların ağır cinayət törətdiklərinə dair dəlillər toplanır”.
Qeyd edək ki, 10 gün əvvəl Çexiya hökuməti 2014-cü ildə ölkədə silah-sursat anbarında baş verən partlayışı rusiyalı diplomatların təşkil etdiyini açıqlanmışdı. Bu səbəblə 18 diplomatın ölkədən qovulduğu bildirilmişdi. Həmin diplomatların Rusiya xüsusi xidmət orqanlarının işçisi olduğu vurğulanmışdı. 

 

DİGƏR XƏBƏRLƏR

Top