Vətən müharibəsində şəhid olmuş hərbçi Gəncədə dəfn olunub - FOTOLAR


Vətən müharibəsində şəhid olmuş hərbçi Gəncədə dəfn olunub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Azərbaycan Ordusunda hərbi xidmət edən hərbi qulluqçu, 1997-ci il təvəllüdlü Elvin Fuad oğlu Mustafayev Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Elvin Mustafayev 1997-ci ildə Gəncə şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə itkin düşmüşdü. Ötən gün ordumuzun hərbi qulluqçusunun şəhid olduğu məlum olub.


DİGƏR XƏBƏRLƏR

Top