Arayik Harutyunyan: “Müharibənin nəticəsi oktyabrın əvvəlindən məlum idi, ancaq...”


Qarabağdakı separatçıların lideri Arayik Harutyunyan İkinci Qarabağ Müharibəsi barədə növbəti dəfə açıqlama verib.
Yeniavaz.com 
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, Harutyunyan Ermənistan hakimiyyətini müharibəni vaxtında bitirmədikləri üçün tənqid edib:
“2020-ci ilin oktyabrın əvvəlində müharibənin nəticəsi artıq məlum idi. Lakin Ermənistandakı siyasi qüvvələr hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı bir fikir birliyinə gələ bilmədi. Müharibənin oktyabrın əvvəlində bitirilməsi Ermənistanda bir çox siyasi qüvvələr tərəfindən xəyanət kimi qiymətləndirildi”.


 

DİGƏR XƏBƏRLƏR

Top