
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4 may tarixində növbəti hərrac keçiriləcək.
Yeniavaz.com Dövlət Xidmətindən açıqlanan məlumata istinadən bildirir ki, hərracda Mədəniyyət Nazirliyinin tabeliyində olan bir sıra mədəniyyət evləri və klublar satışa çıxarılacaq.
Satışa çıxarılan ən ucuz obyekt Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinə tabe olan Xaçmaz rayonunun Sərkərli kəndində yerləşən kənd klubu olacaq. Sahəsi 66,1 kv. metr olan kənd klubunun ilkin satış qiyməti 500 manat təşkil edir. Klubun yerləşdiyi 1021,2 kv. metr sahəsi olan torpaq sahəsi isə 1750 manat satışa çıxarılır.
Ən baha obyekt isə Ağcabədi Regional Mədəniyyət İdarəsinə tabe olan Ağcabədi rayonunun Sənlik kəndində yerləşən kənd klubu olacaq. Sahəsi 611,9 kv. metr olan kənd klubunun ilkin satış qiyməti 20 000 manat təşkil edir. Klubun yerləşdiyi 5 737,9 kv. metr sahəsi olan torpaq sahəsi isə 10 000 manat satışa çıxarılır.
4 may tarixində satışa çıxarılacaq mədəniyyət evləri və klubların siyahısını təqdim edirik:
Obyektin adı | Ünvanı | Obyekt haqqında | Torpaq haqqında | ||
Sahəsi (kv. metr) |
Qiyməti (manat) |
Sahəsi (kv.metr) |
Qiyməti (manat) |
||
Bərgüşad kənd Mədəniyyət evi | Ucar rayonu, Bərgüşad kəndi | 310 | 6500 | 477,2 | 1000 |
Alıcqışlaq kənd klubu | Xaçmaz rayonu, Alıcqışlaq kəndi | 260,7 | 4250 | 296,0 | 750 |
Mollaburhan kənd klubu | Xaçmaz rayonu, Mollaburhan kəndi | 100,2 | 1250 |
157,5 | 250 |
Sərkərli kənd klubu | Xaçmaz rayonu, Sərkərli kəndi | 66,1 | 500 | 1021,2 | 1750 |
Yuxarı Aran qəsəbə Mədəniyyət evi | Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsi | 754,4 | 15000 | 3483,0 | 5000 |
Milabad qəsəbə Mədəniyyət evi | Beyləqan rayonu, Milabad qəsəbəsi | 929,8 | 16000 | 2948,0 | 5000 |
Şənlik kənd klubu | Ağcabədi rayonu, Şənlik kəndi | 611,9 | 20000 | 5737,9 | 10000 |
Onu da qeyd edək ki, kənd klubunun 500 manata satışa çıxarılması ilə bağlı xəbər yayımlandıqdan sonra Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən yeniavaz.com-a aşağıdakı məzmunda məlumat göndərilib. Həmin məlumatı olduğu kimi tədim edirik:
"Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin19 iyul 2016-cı il tarixli 1003 nömrəli Fərmanına əsasən Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən özəlləşdirilməyə çıxarılan klubların siyahısı (o cümlədən Sərkərli kənd diyarşünaslıq klubu) Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmək üçün 2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilmişdir. Eyni zamanda qeyd etmək istəyirik ki, hərracların keçirilməsi və klubların hərracdakı satış qiymətlərinin müəyyənləşdirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır".
A.Cəfərov