Kiyevdə qadın COVID-19 peyvəndi vurdurduqdan sonra iflic oldu


Ukraynanın paytaxtı Kiyevdə adı açıqlanmayan bir qadın koronavirus əleyhinə Hindistan istehsalı olan “Covishield” peyvəndi vurulduqdan sonra onda qismən iflic olub. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukraynanın "1 + 1" telekanalı məlumat verib. Sözügedən qadın 53 yaşlı Kiyev sakinidir. O, peyvənd vurulduqdan 3 gün sonra səhhətində yaranan ciddi narahatlığa görə xəstəxanaya yerləşdirilib. 
Qeyd edək ki, Ukrayna peyvəndləşdirməyə 24 fevral tarixindən start verib. Hazırda ölkədə Hindistan istehsalı “Covishield” peyvəndi ilə yanaşı, Çinin “Sinovac”, “Biotech” şirkətlərinin “CoronaVac” və Amerikanın “Pfizer” şirkətinin peyvəndlərindən də istifadə olunur.

DİGƏR XƏBƏRLƏR

Top