Mingəçevirdə yas mərasiminin keçirilməsinin qarşısı alınıb


Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı çoxmənzilli yaşayış binasının həyətində yas mərasimi təşkil edildiyi müəyyən olunub. 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə,  polis əməkdaşları həmin ünvana gəlib və mərasimin keçirilməsinin qarşısını  alıblar. Ev sahibi ilə profilaktik söhbət aparılıb və mövcud qaydalara riayət etməyin vacibliyi bildirilib. Mərasimin təşkilatçısı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Esmira Hidayətova, Mingəçevir


 

DİGƏR XƏBƏRLƏR

Top