Zərif qalmaqallı səs yazısı ilə bağlı İran parlamentinə çağırıldı


İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi  gizli müsahibədə deyilənləri ilə izah etməsi üçün ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərifi parlamentə çağırıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə komitənin rəsmi nümayəndəsi Abulfazl Amuyi məlumat verib. O, “Zərifə məktub yazaraq komitənin növbəti iclasında səs yazısındakı vəziyyəti izah etmək üçün gəlməsini təklif etmişik”-deyə bildirib. Sorğu zamanı sənədin sızdırılması və Xarici İşlər Nazirliyinin fəaliyyətləri ilə bağlı sualların cavablandırılacağı bildirilib. Komitə iclası iki həftə ərzində baş tutacaq.
Qeyd edək ki, 25 apreldə bir sıra Qərb mediası, Zərifin mart ayında verdiyi iddia edilən ictimaiyyətə açıqlanmamış bir müsahibəsini yayımladı. Səs yazısında ABŞ-la münasibətlər, öldürülən iranlı general Qasım Süleymani və Rusiya barədə qalmaqallı ifadələr yer alıb.
 

DİGƏR XƏBƏRLƏR

Top