Pentaqon sözçüsü: “Ordunun Əfqanıstandan çıxacağına dair deyilən sözləri səhvən işlətmişəm”


ABŞ ordusunun 1 mayda Əfqanıstandan çıxacağı ilə bağlı deyilən sözlərin “səhv” olduğu açıqlandı.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi öz tviter səhifəsində paylaşım edib:
“Bu mənim səhvim idi. NATO-nun Qətiyyətli Dəstək Missiyası 1 Mayda bitmir. Bundan başqa əfqan təhlükəsizlik qüvvələrinə verdiyimiz hava dəstəyini azaltmaq və ya dəyişdirmək barədə heç bir qərar yoxdur. Qen Mak Kenzinin dediyi kimi əsas səylərimiz geri çəkilməkdir. Səhvin hamısı məndədir və peşmanam".
Sözçü mövzu ilə bağlı ordunun çəkilmə planının ayın sonuna qədər ABŞ-ın müdafiə naziri Lloyd Austinə təqdim olunacağını vurğulayıb. 
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden  təxminən 2 həftə əvvəl ABŞ ordusunun 11 sentyabra kimi Əfqanıstandan tamamilə çıxacağını bildirmişdi. Bundan əlavə Pentaqon sözçüsü də öz tviter səhifəsində bu barədə paylaşım etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top