Araz Ağalarov: "Gələcəyə ümid bəsləmək lazım deyil, bu gününüzü yaşayın"


Tanınmış azərbaycanlı iş adamı Araz Ağalarovun Rusiya mətbuatında geniş müsahibəsi yayımlanıb.
Yeniavaz.com
xəbər verir ki, Araz Ağalarov “TASS”a verdiyi müsahibəsində iş həyatı və əldə etdiyi uğurlar barədə danışıb. O, heç vaxt gələcəklə bağlı planlar qurmadığını dilə gətirib:
“İnsan elə yaradılıb ki, həmişə sabahı gözləyir. Ona elə gəlir ki, həyatındakı əsas şey sabah baş tutacaq. Beləcə ömür boyu gözləməyə davam edir. Ancaq, gələcəyə ümid bəsləmək lazım deyil, bu günü yaşamaq lazımdır. Uşaqlığımdan bəri bu fikirdəyəm. Can sağlığı əsasdır. Səhər ayılanda heç yeriniz ağrımırsa deməli xoşbəxtsiniz. Mən bu günü qiymətləndirməyi, beləcə hər günün dadını çıxarmağı öyrəndim”.

DİGƏR XƏBƏRLƏR

Top