Gürcüstan Rusiyadan göndərilən hərbi yükü Ermənistana buraxmır - VİDEO


Gürcüstan gömrüyü humanitar yardım adı altında Rusiyadan göndərilən hərbi yükü Ermənistana buraxmır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, martın 5-də Ermənistana humanitar yardım olaraq Rusiyadan 2 yük maşını güllə keçirməyən jilet göndərilib. Ancaq, martın 28-dən etibarən sərhəd məntəqəsində sürücülərin və yüklərin sənədləri götürülüb və sərhədi keçmələri qadağan edilib. Yükün təxminən 1 aydır Gürcüstan sərhəd yoxlama məntəqəsinin bağlanmış ərazisində olduğu vurğulanıb. Ermənilərin bunula bağlı Gürcüstan və Rusiyadakı səfirliklərə dəfələrlə xəbər verdiyi ancaq müsbət nəticə ala bilmədikləri deyilib. 

DİGƏR XƏBƏRLƏR

Top