ABŞ-ın bu ştatında peyvənd vurduranlara 100 dollar verilir


ABŞ-ın Qərbi Virciniya ştatında 16-35 yaş arasındakı şəxslərə peyvənd vurdurmaları qarşılığında 100 dollar pul veriləcək.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, ştatın qubernatoru Cim Kastis gənclərin peyvənd vurdurmağın vacibliyini dərk etmədiyini bildirib. Əhalinin təxminən 40 faizinin peyvənd vurdurmaqda tərəddüd etdiyini qeyd edərək onları həvəsləndirəcək yollar axtardığını vurğulayıb. Qubernator ödənişlərin koronavirus əleyhinə ayrılmış 1,9 trilyon dollarlıq yardım paketindən istifadə ediləcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top