
BMW, “Rolls Royce” kimi avtomobil markalarının Azərbaycanda rəsmi idxalçısı olan “İmprotex Motors” MMC (VÖEN 1400064731) yenidən təşkil olunur.
Yeniavaz.com xəbər verir ki, “İmprotex Motors” MMC “İmproteks Treydinq” KM-nin (VÖEN 1400091941) ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu və “İmproteks Treydinq” KM-nin qoşulma nəticəsində ləğv olunduğunu elan edib.
Qeyd edək ki, “İmprotex Motors” MMC və “İmproteks Treydinq” KM-nin sabiq əmək və əhalinin sosial inkişaf naziri Füzuli Ələkbərova məxsus olduğu bildirilir.