ABŞ İran gəmilərinə xəbərdarlıq atəşi açdı


Fars körfəzində ABŞ-a məxsus sahil təhlükəsizlik patrul gəmiləri “Baranoff” və “USS Firebolt” İran İnqilab Keşikçiləri Ordusunun dəniz donanmasına aid 3 gəmisinə xəbərdarlıq atəşi açıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ donanması məlumat verib. Xəbərdə bildirilir ki, ABŞ-a məxsus gəmilər gündəlik əməliyyatlarını həyata keçirdiyi vaxt İran donamasına məxsus gəmilər bir neçə dəfə xəbərdarlıq edilməsinə rəğmən onlara yaxınlaşmaqda davam edib. Bundan sonra qarşıda baş verə biləcək hər hansı bir təhlükənin qarşısını almaq üçün onlara qarşı xəbərdarlıq atəşi açılıb və gəmilər uzaqlaşmağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top