Ekologiya Nazirliyi 50 min borcu olan şirkətə 25 min necə verib? - FOTOFAKT


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, tender müsabiqəsinin qalibi “İnci Group of Companies” QSC olub. Qalib şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 24 min 543 manat 6 qəpik dəyərində dəftərxana və təsərrüfat malları satacaq.
Tenderlə bağlı diqqət çəkən məqamlardan biri odur ki, müsabiqənin qalibi olan “İnci Group of Companies” QSC-nin hazırda dövlət büdcəsinə 50 min 245 manat 86 qəpik vergi borcu var.


Məlumat üçün bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Amma göründüyü kimi, 50 min manatdan çox vergi borcu olan şirkət təkcə tender müsabiqəsində iştirak etməyib, həm də qalib gəlib.
Onu da bildirək ki, vergi borcu olan və eyni zamanda da yeni yaranan təcrübəsiz şirkətlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tenderlərində qalib olması halları əvvəllər də dəfələrlə baş verib. Aşağıdakı linklərə daxil olaraq ətraflı məlumat ala bilərsiniz.

Nazirlik 41 min manat vergi borcu olan şirkəti necə qalib elan etdi? – Tender müəmması…

Ekologiya nazirliyi 169 min manatı kimlərə verib? – FOTOFAKT

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top