Ukraynada Anarı güllələyən Cabbar peşəkar idmançıdır - FOTOLAR


Ukraynanın Dnepr şəhərində 42 yaşlı azərbaycanlı Anar Məmmədovu öldürən Cabbar Yusifov barədə yeni məlumatlar yayılıb.
Yeniavaz.com
“detective-info.com.ua”ya istinadla xəbər verir ki, 27 yaşlı azərbaycanlı Cabbar Yusifov Rusiyada MMA döyüşləri ilə məşğul olub, pankration üzrə Rusiyada keçirilən yarışlarda dəfələrlə qalib olub. Cabbar Yusifov daha sonra Azərbaycana gəlib və yunan-roma güləşi ilə məşğul olmağa başlayıb. Azərbaycan çempionatında, dünya və Avropa üzrə keçirilən yarışlarda birincilik qazanıb. “Detective-info”nun verdiyi məlumata görə, peşəkar idmançı Ukraynaya gəldikdən sonra əsəbi halları ilə diqqət çəkib və polis tərəfindən bir neçə dəfə saxlanılıb. Özü ilə silah gəzdirdiyi məlum olub. Aparılan araşdırmalar zamanı ondan götürülmüş tapançanın əvvəl Krımda yerləşən hərbi hissədən 31 may 2014-cü il tarixində oğurlanan silah kimi qeyd olunduğu ortaya çıxıb. 
Xatırladaq ki, Cabbar Yusifov 9 güllə atdığı  azərbaycanlı Anar Məmmədov dünyasını dəyişmişdi. Hadisə olan avtomobildə qurbanın övladı da olub.

DİGƏR XƏBƏRLƏR

Top