"Qaçqınkom"dan Bakıda köçkünlər üçün tikilən yeni binalarla bağlı AÇIQLAMA + YENİLƏNİB


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Bakıda daha 3 yaşayış binası tikməyə icazə verilməsinə dair yayılan məlumata münasibət bildirib. 
Yeniavaz.com xəbər verir ki, Komitənin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentindən bu barədə məlumat verilib. Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Bakıda daha 3 yaşayış binası tikməyə icazə verilməsi ilə bağlı məlumat yerləşdirilib.
O qeyd edib ki, həmin binaların gələcək təyinatı hələ bəlli deyil.

***09:32
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") tərəfindən Bakıda 3 ədəd 4 bloklu və 5 mərtəbəli yaşayış binası və 1 ədəd mühəndis şəbəkələri qurğusunun tikilməsinə razılıq verib.
Yeniavaz.com Komitədən açıqlanan məlumata istinadən bildirir ki, yaşayış binaları və qurğular Qaradağ rayonunun Ümid qəsəbəsində inşa ediləcək. Yaşayış binalarının layihəçisi "Kapitel" MMC olub.

DİGƏR XƏBƏRLƏR

Top