YPX avtomobili qəzaya düşüb, polis əməkdaşı xəsarət alıb


Novxanı qəsəbəsində üç avtomobil qəzaya uğrayıb.

Hadisə Masazır qəsəbəsindən Novxanı qəsəbəsinə gedən yolda baş verib.

Belə ki, YPX-nə məxsus 10-YP-051 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil hərəkətdə olarkən əvvəlcə "Toyoto" və "Opel" markalı nəqliyyat vasitələrinə çırpılıb. İdarəetmədən çıxan "Mercedes" daha sonra qaz borusuna çırpılaraq dayanıb. Qəza nəticəsində YPX-nin əməkdaşı xəsarət alıb. /APA

DİGƏR XƏBƏRLƏR

Top