Rusiya “Apple”ı 12 milyon dollar məbləğində cərimələdi


Rusiyanın Federal Antiinhisar Xidməti “Apple”ı mobil tətbiqetmə bazarında hakim mövqedən sui-istifadə etdiyinə görə 12 milyon dollardan çox məbləğdə cərimələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Qeyd edək ki, 2020-ci ilin avqust ayında Rusiyanın Federal Antiinhisar Xidməti “Apple” şirkəti ilə bağlı aparılan araşdırmalar barədə məlumat vermişdi. Rusiyanın “Kaspersky” şirkətini tələbilə başladılan araşdırmalarda “Apple”  iOS əməliyyat sistemindəki mobil tətbiqetmələrin paylanması bazarında hakim mövqedən sui-istifadə etməkdə günahlandırıldı. Verilən məlumatlara görə, “Apple” öz məhsullarına üstünlük verilməsi üçün rəqib məhsullardan istifadə şərtlərini çətinləşdirən addımlar atıb.


 

DİGƏR XƏBƏRLƏR

Top