Koronavirus ölümlərində yeni tədqiqat – Bu xəstəlik ölüm riskini 8 dəfə artırır


Diş əti iltihabının koronavirusdan ölüm riskini 8 dəfə artırdığı məlum olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kanadanın “McGill” Universitetinin tədqiqatçıları apardıqları araşdırmanın nəticəsinə əsasən məlumat yayıblar. Bununla yanaşı, diş əti iltihabından əziyyət çəkən şəxslərin COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilmə ehtimalının 3 dəfə, tənəffüs aparatına qoşulma ehtimalının isə 4 dəfə daha çox olduğu bildirilib.
“McGill” Universitetinin stomatologiya fakültəsinin professoru Belinda Nikolai qeyd edib ki, araşadırma nəticəsində COVID-19 infeksiyasının qarşısının alınması və idarə edilməsində ağız boşluğu sağlamlığının vacibliyinə diqqət etmək lazımdır.
Qeyd edək ki, diş ətinin iltihabının ən yayılmış səbəbi ağız boşluğunun qeyri-müntəzəm gigiyenasıdır. Bu ona gətirib çıxara bilər ki, qida qalıqları və bakteriyalar diş və diş əti arasında sahəni doldurur və diş ərpi yaradırlar. Əgər diş əti xəttində formalaşan bu ərp dişlərin müntəzəm təmizlənməsi vasitəsi ilə təmizlənməsə, o bərkiyə və diş daşına çevrilə bilər ki, bunu yalnız stomatoloji alətlərin köməyi ilə təmizləmək mümkün olur. Diş əti iltihabına erkən mərhələdə müdaxilə edilməzsə, xəstəlik çənə sümüyünə zərər verə bilər.

DİGƏR XƏBƏRLƏR

Top