
Açıqlanan məlumata görə bugünə kimi Azərbaycanda 62 siyasi partiya rəsmi dövlət qeydiyyatdan keçib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda dövlət qeydiyyatından keçən ilk siyasi partiya Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) hesab olunur. Bu partiya 17 iyul 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Bir həftə sonra - 24 iyul 1992-ci ildə Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası qeydiyyatdan keçib.
Azərbaycanda qeydiyyatdan keçən sonuncu siyasi partiya Gələcək Azərbaycan Partiyası olub. Bu partiya 15 dekabr 2020-ci ildə dövlət qeydiyyatına alınıb.
Mərkəzi Seçki Komissiyasından açıqlanan məlumata görə ötən il dövlət qeydiyyatından keçən 62 siyası partiyadan 47-si ötən il üçün maliyyə hesabatı verib. 15 partiya maliyyə hesabatını təqdim etməyib. Maliyyə hesabatı təqdim edən 47 partiyadan 29-nun heç bir maliyyə göstəricisi olmayıb. Onlar MSK-ya boş hesabat təqdim ediblər.
Maliyyə hesabatı təqdim edən 18 siyasi partiyadan 8-i Milli Məclisdə təmsil olunduqları üçün onlara dövlət büdcəsindən maliyyə ayrılıb.
18 siyasi partiya arasında yalnız 4-nin - Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası, Yeni Azərbaycan Partiyası və Böyük Qurtuluş Partiyasının üzvlük haqqı topladığı bildirilir. Ən çox üzvlük haqqını Yeni Azərbaycan Partiyası toplayıb - 9 milyon 309 min 25 manat.
s/s | Siyasi Partiyalar |
Qeydiyyat tarixi | Gəlir (manat) |
Xərc (manat) |
Yığılan üzvlük haqqı (manat) |
1. | Azərbaycan Milli İstiqlal Partiyası | 17.07.1992 | 1 718 | 1 887,51 | 1 718 |
2. | Azərbaycan Dirçəliş və Təqrəqqi Partiyası | 24.07.1992 | - | - | - |
3. | Azərbaycan Xalq Demokratik Partiyası | 11.08.1992 | - | - | |
4. | "Ana Vətən" Partiyası | 11.08.1992 | 218 589,24 | 216 971,61 | - |
5. | Milli Demokrat İdrak Partiyası | 11.08.1992 | - | - | - |
6. | Azərbaycan Kəndli Partiyası | 23.09.1992 | - | - | - |
7. | Vətəndaş Həmrəyliyi Partiyası | 03.11.1992 | 261 324,80 | 238 402,91 | - |
8. | Müsavat Partiyası | 08.12.1992 | 5 388 | 5 350 | 3 788 |
9. | "Birlik" Partiyası | 18.12.1992 | - | - | - |
10. | Yeni Azərbaycan Partiyası | 18.12.1992 | 12 290 495 | 10 527 380 | 9 309 025 |
11. | Vahid Azərbaycan Milli Birlik Partiyası | 13.01.1993 | - | - | - |
12. | Vahid Azərbaycan Partiyası | 13.01.1993 | - | - | - |
13. | Demokratik Azərbaycan Dünyası Partiyası | 10.02.1993 | - | - | - |
14. | Müstəqil Azərbaycan Partiyası | 10.02.1993 | - | - | - |
15. | Milli Qurtuluş Partiyası | 03.03.1993 | - | - | - |
16. | Azərbaycan Yurddaş Partiyası | 12.03.1993 | - | - | - |
17. | Azərbaycan Ümid Partiyası | 05.05.1993 | - | 274,97 | - |
18. | "Qorqud" Partiyası | 10.11.1993 | - | - | - |
19. | Azərbaycan Milli Hərəkat Partiyası | 02.03.1994 | - | - | - |
20. | Azərbaycan Kommunist Partiyası | 02.03.1994 | - | - | - |
21. | Azərbaycan Milli Dövləgtçilik Partiyası | 12.10.1994 | - | - | - |
22. | Azərbaycan Vətənpərvərlər Partiyası | 12.10.1994 | - | - | - |
23. | Azərbaycan Demokratik Sahibkarlar Partiyası | 17.05.1994 | - | - | - |
24. | Azərbaycan Naminə Alyans Partiyası | 22.06.1995 | - | - | - |
25. | Azərbaycan Demokratik Maarifçilik Partiyası | 04.08.1995 | 214 423,08 | 203 505,30 | - |
26. | Azərbaycan Sosial Rifah Partiyası | 04.08.1995 | - | - | - |
27. | Azərbaycan Liberal Partiyası | 14.08.1995 | - | - | - |
28. | Azərbaycan Sosial Demokrat Partiyası | 01.09.1995 | 26 388,88 | 26 389,21 | - |
29. | Azərbaycan Xalq Cəbhəsi Partiyası | 01.09.1995 | - | - | - |
30. | Azərbaycan Vahid Kommunist Partiyası | 19.09.1995 | - | - | - |
31. | Sosial Ədalət Partiyası | 11.12.1998 | - | - | - |
32. | Milli Konqres Partiyası | 11.12.1998 | - | - | - |
33. | Vəhdət Partiyası | 11.12.1998 | 214 423,08 | 214 236,94 | - |
34. | Azərbaycan Respublikaçılar Partiyası | 09.07.1999 | - | - | - |
35. | Azərbaycan Xalq Partiyası | 09.07.1999 | - | - | - |
36. | Azərbaycan Liberal Demokrat Partiyası | 09.07.1999 | - | - | - |
37. | Azərbaycan Demokrat Partiyası | 03.02.2000 | - | - | - |
38. | "Azərbaycan Mübarizləri" Partiyası | 27.05.2000 | - | - | - |
39. | "Ədalət" Partiyası | 08.05.2002 | 1 266 | 1 266 | - |
40. | "Milli Vəhdət" Partiyası | 08.05.2002 | - | - | - |
41. | Müasir Müsavat Partiyası | 08.05.2002 | - | - | - |
42. | Azərbaycan Azad Respublikaçılar Partiyası | 08.05.2002 | - | - | - |
43. | Böyük Qurtuluş Partiyası | 12.08.2005 | 214 523,08 | 209 338,21 | 100 |
44. | Azadlıq Partiyası | 12.08.2005 | - | - | - |
45. | Azərbaycan Demokratik İslahatlar Partiyası | 12.08.2005 | 214 423,08 | 212 650,29 | - |
46. | Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | 12.08.2005 | 214 873,08 | 214 864,76 | - |
47. | Azərbaycan Tərəqqi Partiyası | 12.08.2005 | - | - | - |
48. | Böyük Azərbaycan Partiyası | 12.08.2005 | - | - | - |
49. | Azərbaycan Təkamül Partiyası | 12.08.2005 | - | - | - |
50. | Vətəndaş Birliyi Partiyası | 12.08.2005 | - | - | - |
51. | Klassik Xalq Cəbhəsi Partiyası | 31.01.2007 | - | - | - |
52. | Vətəndaş və İnkişaf Partiyası | 10.08.2007 | 200 | 200 | - |
53. | Azərbaycan Milli Demokrat Partiyası | 24.12.2008 | - | - | - |
54. | Aydınlar Partiyası | 19.11.2009 | - | 450,91 | - |
55. | Milli Dirçəliş Hərəkatı Partiyası | 31.05.2011 | 26 388,89 | 26 388,89 | - |
56 | Azad Demokratlar Partiyası | 15.04.2020 | |||
57 | Yeni Zaman Partiyası | 15.04.2020 | |||
58 | Müstəqil Xalq Partiyası | 07.05.2020 | - | 2 770 | - |
59 | Cümhuriyyət Xalq Partiyası | 07.05.2020 | |||
60 | Milli Cəbhə Partiyası | 31.08.2020 | |||
61 | Respublika Alternativ (REAL) Partiyası | 31.08.2020 | 45 | 45 | - |
62 | Gələcək Azərbaycan Partiyası | 15.12.2020 |
Onu da bildirək ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar illik maliyyə hesabatlarını növbəti ilin mart ayının 31-nə kimi Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. Hesabatların verilməsi üçün təyin olunan son tarixdən 27 gün ötməsinə baxmayaraq hələ də hesabat təqdim etməyən siyasi partiyalar var.
Maliyyə hesabatı təqdim etməyən 15 siyasi partiyanın adlarını təqdim edirik:
1. Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası
2. Azərbaycan Kəndli Partiyası
3. Müstəqil Azərbaycan Partiyası
4. Milli Qurtuluş Partiyası
5. Azərbaycan Yurddaş Partiyası
6. Azərbaycan Milli Hərəkat Partiyası
7. Azərbaycan Milli Dövlətçilik Partiyası
8. Azərbaycan Vətənpərvərlər Partiyası
9. Azərbaycan Demokrat Sahibkarlar Partiyası
10. Azərbaycan Sosial Rifah Partiyası
11. Azərbaycan Liberal Partiyası
12. Azərbaycan Xalq Cəbhəsi Partiyası
13. Azərbaycan Vahid Kommunist Partiyası
14. Azadlıq Partiyası
15. Gələcək Azərbaycan Partiyası (GAP)
Onu da qeyd edək ki, 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasına (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib:
- Azərbaycan Demokratik Sahibkarlar Partiyası
- Milli Qurtuluş Partiyası
- Azərbaycan Xalq Demokratik Partiyası
- Azərbaycan Milli Hərəkat Partiyası
- Azərbaycan Kəndli Partiyası
- Azərbaycan Yurddaş Partiyası
Xatırladaq ki, bugünə kimi 2 siyasi partiyanın - Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv olunub.
A.Cəfərov