Görmə məhdudiyyətli insanlara çətinlik yaradan məqamla bağlı - AÇIQLAMA + FOTOLAR


Bakıda Hənifə Ələsgərov və Mərdanov qardaşları küçələrinin kəsişməsində aparılan təmir işləri düzgün icra edilməyib.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, küçələrin kəsişməsində görmə məhdudiyyətli insanlar üçün səkiyə döşənən taktil plitələrin istiqaməti kanalizasiya qapaqlarına görə dəyişib. Eyni zamanda, məhəccərlər piyada zolağının qarşısını bir qədər kəsib.
Məsələ barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, qurum səkilərdə iş aparılan zaman kommunikasiya quyuları ilə bağlı bənzər problemlərlə rastlaşır:
“Qeyd edim ki, maksimum dərəcədə çalışırıq ki, ərazidən keçən xəttin aid olduğu qurum tərəfindən köçürülməsinə nail olaq. Bir çox yerlərdə bu mümkün olub. Quyular nisbətən aşağı salınıb və ya yerləri dəyişdirilib. Amma bəzi yerlərdə vəziyyət bir qədər fərqli olur.
Yəni təhlillər aparılır, əgər həmin xəttin dəyişdirilməsi böyük maliyyə və vaxt tələb edirsə, bu halda layihədə dəyişiklik edilir. Bu zaman əsas diqqət piyadaların və xüsusən görmə məhdudiyyəti olan piyadaların hərəkətinin çətinləşdirilməməsinə yonəldilir”.


DİGƏR XƏBƏRLƏR

Top