Parlamentdə Bakı Bələdiyyəsinin yaradılması təklif edilib


"Səlahiyyət məsələsinə bir daha baxmalıyıq. Dünyanın inkişaf etmiş ölkələrində bələdiyyələrin səlahiyyətləri çoxdur”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Azərbaycanda ciddi struktur islahatlarına başlanmalıdır: “Bakı Böyük şəhər Bələdiyyəsinin yaradılması eksperiment ola bilər. Proporsional bələdiyyə seçkiləri keçirilməlidir. Siyasi partiyalar öz namizədləri ilə iştirak etməlidir. Bununla da siyasi partiyaların funksional fəaliyyəti daha açıq şəkildə özünü büruzə verəcək”.

DİGƏR XƏBƏRLƏR

Top