Arif Quliyevin səhhəti yenidən pisləşib


Xalq artisti Arif Quliyevin səhhəti yenidən pisləşib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə apa-ya aktyorun oğlu Rövşən Quliyev məlumat verib.

O, atasının səhhətinin yenidən pisləşdiyini qeyd edib: “Səhər səhhətində müəyyən normallaşma var idi, günorta yenidən vəziyyəti ağırlaşıb”.

Qeyd edək ki, koronavirus infeksiyasına (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika" ya yerləşdirilib.

“Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov isə APA-ya açıqlamasında aktyorun səhhətinin hazırda ağır stabil olduğunu, süni tənəffüs dəstəyində olduğunu deyib.

DİGƏR XƏBƏRLƏR

Top