Zəngilanda beynəlxalq hava limanının təməli qoyuldu


Prezident İlham Əliyev aprelin 26-da Zəngilan rayonunda beynəlxalq hava limanının təməlini qoyub.
Yeniavaz.com
xəbər verir ki, təməlqoyma mərasimi Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində baş tutub.
Dövlət başçısı bildirib ki, Zəngilan beynəlxalq hava limanı ağır yük təyyarələrini də qəbul edə biləcək. Prezident bunun işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı olduğunu deyib, birinci beynəlxalq hava limanının inşasının Füzuli rayonu ərazisində uğurla davam etdiyini bildirib.
​​​​Dövlət başçısı Füzuli beynəlxalq hava limanının uçuş-enmə zolağının bu il istismara veriləcəyini qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top