Ursula von der Leyen böhrana səbəb olan görüntülərdən danışdı


Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı baş verən hadisədən danışıb.
Yeniavaz.com
“Cumhuriyet” qəzetinə istinadla xəbər verir ki, Ursula von der Leyen Ərdoğanla görüş zamanı kənarda əyləşdirilməsinə münasibət bildirib. O, Türkiyədə gözlədiyi kimi qarşılanmadığını dilə gətirib:
“Mən Avropa Komissiyasının ilk qadın prezidentiyəm. İki həftə əvvəl Türkiyəyə gələndə mənə uyğun qarşılama olmadı. Diplomatik protokola əməl edilməməsinə haqq qazandıracaq heç bir əsas tapa bilmədim. Son olaraq belə bir qərara gəldim ki, bu hadisə qadın olduğum üçün yaşandı”.
Qeyd edək ki, bir neçə həftə əvvəl Ərdoğanla Aİ liderləri arasında baş tutan görüş qalmaqala səbəb olmuşdu. Belə ki, Almaniya mətbuatı burada tətbiq edilən protokolun səhv olduğunu iddia etmişdi. Xəbərə görə, iclas otağında Aİ və Türkiyə bayrağı olduğu müddətdə, prezident Ərdoğan və Aİ Komissiyasının sədri Ursula von der Leyen oturmalı idilər.
Daha sonra İtaliyanın baş naziri Mario Draqi bu hadisəyə görə, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğana qarşı sərt ifadələr işlətmişdi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da tviterdə açıqlama verərək, “Prezidentimiz haqqında etdiyi çirkin və amansız ifadələri şiddətlə qınayırıq və bunları özünə qaytarırıq" - deyə bildirmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top