Baydenin “soyqırım” ifadəsindən sonra Pentaqondan Türkiyə ilə bağlı AÇIQLAMA


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ilə hərbi sahədə qarşılıqlı münasibətlərdə heç bir dəyişikliyin gözlənmədiyini vurğulayıb.
Yeniavaz.com
“Cumhuriyet” qəzetinə istinadla xəbər verir ki, ABŞ prezidenti Cozef Baydenin 1915-ci il hadisələri barədə “soyqırım” ifadəsini işlətməsindən sonra Pentaqon Türkiyə ilə münasibətlər barədə açıqlama yayıb. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Körbi hərbi sahədə Türkiyə ilə əlaqələrdə heç bir dəyişikliyin olmayacağını bildirib:
“Türkiyə əhəmiyyətli bir müttəfiqimizdir. Bir çox mövzuda qurulan əlaqələri inkişaf etdirməyə davam edirik. Prezident Baydenin açıqlamalarının buna təsir edəcəyini gözləmirik”.

 

DİGƏR XƏBƏRLƏR

Top