İlqar Məmmədov: "MSK-nın yeni tərkibində müxalifət təmsilçisi yoxdur"


“Milli Məclis qanuni siyasi iddiamızı rədd edərək, 5 il müddətinə yeni (köhnə) Mərkəzi Seçki Komissiyasını heç bir müxalifət təmsilçisi olmadan təyin etdi".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Real partiyasının sədri İlqar Məmmədov bu gün tərkibi formalaşdırılan Mərkəzi Seçki Komissiyasının üzvləri siyahısına daxil edilməmələrinə "facebook" vasitəsilə münasibət bildirərkən yazıb. İ. Məmmədov seçki islahatının hakimiyyətlə dialoqdan çıxarılacağını deyib:
"Onun aktuallığı digər siyasi alətlər vasitəsilə bu gündəmə yenidən gətirilməlidir. Bu istiqamətdə partiyadaxili və daha geniş siyasi müzakirələrə açığıq”.
Xatırladaq ki, parlamentdə azlıq təşkil edən siyasi partiyalardan Böyük Quruluş, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Demokratik İslahatlar Partiyasının namizədləri qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top