Braziliya “Sputnik V” peyvəndinin idxalına qadağa qoydu


Braziliya Milli Sanitar Təftiş Agentliyi Rusiya istehsalı “Sputnik V” koronavirus peyvəndinin idxalına qadağa qoyub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Rusiya hökuməti isə bu qərarın siyasi olduğunu bildirib:
“Braziliya Milli Sanitar Təftiş Agentliyi (Anvisa) tərəfindən “Sputnik V” peyvəndinin ölkəyə gətirilməsinə və istifadəsinə verilən icazənin təxirə salınması təəssüf ki, siyasi xarakter daşıyır. Bunun peyvənd haqqında məlumat əldə etməklə heç bir əlaqəsi yoxdur”.
Xatırladaq ki, Braziliya Milli Sanitar Təftiş Agentliyi 4 saat davam edən iclasdan sonra Rusiya istehsalı COVİD-19 peyvəndinin ölkəyə gətirilməsinə verilən icazəni ləğv edib. Agentlik mütəxəssisləri rus peyvəndinin təhlükəsizliyi və effektivliyi barədə araşdırma aparacaqlarını bildiriblər.

 

DİGƏR XƏBƏRLƏR

Top