Putin və Zelenski arasında baş tutacaq görüş barədə Peskovdan açıqlama


Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin mümkün görüşü barədə danışıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Peskov həmin görüşün Donbas probleminin həllinə səbəb olmayacağını deyib:
“Vladimir Putin və Vladimir Zelenski arasında mümkün görüşün məqsədi Donbasdakı münaqişənin həlli yollarını tapmaq deyil. Belə bir dialoq yalnız ikitərəfli münasibətlərdə ortaya çıxan problemlərlə əlaqəli ola bilər”.
Qeyd edək ki, Zelenski Putinin təklifini qəbul edərək Moskvada görüşə hazırlaşdığını bildirmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top