İranın xarici işlər naziri Cavad Zərifin ortaya çıxan səs yazısında Rusiya ilə bağlı ittihamlar səsləndirilib.
Yeniavaz.com xəbər verir ki, “New York Times” tərəfindən yayımlanan səs yazısında Zərif Rusiyaya qarşı sərt ittihamlar səsləndirir. Onun sözlərinə görə, Rusiya İranın Qərb ölkələri ilə əldə etdiyi nüvə razılaşmasının pozulması üçün əlindən gələni edib:
“Rusiya nüvə razılaşmasının uğurlu olmasını heç vaxt istəməyib. Çünki, nəticədə Tehranın Qərblə münasibətləri normallaşacaqdı. Bu da Rusiyanın maraqlarına cavab vermirdi. Rusiya bunun əleyhinə addımlar atdı”.
Cavad Zərifin sözlərinə görə, Rusiya bu istəyinə nail olmaq üçün 2020-ci ilin yanvar ayında ABŞ tərəfindən qətlə yetirilən general Qasım Süleymanidən istifadə etməyə çalıb. Bu səbəblə Qərblə əldə edilən nüvə razılaşmasında 10 gün sonra iranlı general Rusiyaya dəvət edilib:
“Rəsmi Moskvanın təşəbbüsü ilə həyata keçirilən bu görüşə İran XİN təsir göstərə bilmədi. Bu görüşdə əsas məqsəd nüvə razılaşmasının pozulması idi. Süleymani hətta, İran hökumətinin razılığı olmadan Rusiya təyyarələrinin Suriyanı bombalamaq üçün İran hava məkanından istifadəsinə də yol verirdi”.
“The Guardian”nın yazdığına görə bu səs yazısı mart ayında iranlı jurnalistlə Cavad Zərifin müsahibəsi zamanı qeydə alınıb. Həmin səs yazısına qulaq asanda Cavad Zərifin qalmaqallı sözlərinin yayım üçün nəzərdə tutulmadığı aydın olur.