Oktay Gülalıyevə təhkim olunmuş tibb bacılarına maaş verilmir? - TƏBİB-dən AÇIQLAMA


"Hüquq müdafiəçisi Oktay Gülalıyevin ev şəraitində müalicəsinin təşkili üçün 3 tibb bacısı və 3 kiçik tibb bacısı təhkim olunub. Həmin tibb bacılarına 3 aydır ki, maaş verilməməsi barədə məlumat həqiqəti əks etdirmir".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nizami Nəbiyev məlumat verib. O bildirib ki, tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əmək haqları hər ay ödənilir:
"Oktay Gülalıyevin normal həyata geri dönə bilməsi və ayağa qalxması üçün həkimlərimiz əlindən gələni edir".

DİGƏR XƏBƏRLƏR

Top