Prokuror “Tovuz işi” üzrə təqsirləndirilənlərə ağır cəza tələb etdi


Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror qruplaşmasına maliyyə dəstəyi göstərməkdə ittiham olunan 11 nəfərlik qrupun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Yeniavaz.com
vurtualaz.org-a istinadla xəbər verir ki, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə ittiham tərəfinin tələb etdiyi cəzalar məlum olub. Prokuror “Abdullah” ləqəbli Samir Qurbanovun 18 il, Amin Həsənovun 17 il,Əflatun Bayramovun 16 il, Tehran Qasımov 15 il, Babək Məmmədlinin 15 il, Cavid Amənovun 14 il, Elgün İsmayılovun 10 il, Ələddin İbişovun 9 il 6 ay, Şəhriyar Cabbarov, Orxan Qurbanov və Yusif İmanovun hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Təqsirləndirilən şəxslərdən bir neçəsinin vəkili müdafiə çıxışı edərək müdafiə etdiyi şəxslərə bəraət verilməsini iməhkəmədən xahiş edib. Digər vəkillər isə çıxış üçün vaxt istəyib.
Məhkəmə prosesi mayın 4-nə təyin edilib.
Təqsirləndirilənm şəxslərə qarşı Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabacadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 214-1 (terroru maliyyələşdirmə) və 218.2-ci (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin birliyində iştirak) maddələri ilə ittihamlar irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top