Deputatda bu qədər pul hardandır?

Ukraynada “Aydar” könüllülər batalyonunun keçmiş komandiri, Ali Radanın deputatı Sergey Melniçuk gəlir bəyannaməsini açıqlayaraq hamını mat qoyub.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Melniçuk ötən ilki gəlirinin 38.7 milyard dollar olduğunu göstərib. Özü də bu gəlirləri nəğd şəkildə əldə etdiyini qeyd edib.

Əgər deputatın açıqladığı rəqəm doğrudursa o, “Forbes”in versiyasına görə dünyada ən çox qazanan adamdır və bu göstərici üzrə “Google” şirkətinin qurucusu Sergey Brindən də varlı adamdır. Belə ki, həmin sərvətlə deputat dünyanın ən varlı adamları siyahısında 12-ci yerə tutmuş olur.

Hansı ki, Melniçukun maaşı ayda cəmi 2.9 min dollardır. Belə çıxır ki, onun pulu məşhur filantrop Corc Sorosun pulundan 14 milyard dollar çoxdur. Belə ki, Soros ötən il cəmi 24.9 milyard dollar qazanıb və dünyanın ən varlı adamları siyahısında 28-cidir.

DİGƏR XƏBƏRLƏR

Top