Məzahir Pənahov MSK sədri seçilib - YENİLƏNİB

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılıb.
Məzahir Pənahov səsvermə ilə MSK sədri seçilib.

***13:48
Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclasının vaxtı məlum olub.
Yeniavaz.com
xəbər verir ki, iclas bu gün saat 16:00-da keçiriləcək.
İclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılacaq.

***12:06

Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi barədə qərar layihəsinə baxılıb. 

Yeniavaz.com "trend"ə istinadla xəbər verir ki, spiker Sahibə Qafarova bildirib ki, Mərkəzi Seçki Komissiyasının səlahiyyət müddəti başa çatıb: “Milli Məclis Mərkəzi Seçki Komissiyasının tərkibini formalaşdırımalıdır. Artıq çoxluq təşkil edən partiyanın, bitərəflərin, azlıq təşkil edən partiyaların nümayəndələrinin siyahısı razılaşdırılıb”.

Milli Məclisdə çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyası) təmsil edən namizədlər aşağıdakılardır:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Hümbətov Sürəddin (ehtiyat üzv)

Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri aşağıdakılardır:

Arifə Muxtarova

İlham Məmmədov

Nizami Nadirxanlı

Fuad Cavadov

Qabil Orucov

Nailə Əsgərova

Aydın Muradov

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların namizədləri isə aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı.

Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə Vətəndaş Birliyi Partiyasının namizədi - Tofiq Həsənov

Plenar iclasda namizədlərin siyahısı səsə qoyularaq qəbul edilib. 

DİGƏR XƏBƏRLƏR

Top