Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emanuel Makron Qarabağ məsələsini müzakirə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb. Məlumatda bildirilir ki, hər iki ölkənin lideri Qarabağ ətrafındakı vəziyyət müzakirə edib. Tərəflər bölgədə vəziyyətin sakitliyindən məmnun olduqlarını vurğulayıb.
Qeyd edək ki, Putin və Makron sonuncu dəfə yanvar ayında Qarabağı və əldə edilən bəyanatın yerinə yetirilməsi məsələsini müzakirə etmişdi.