Zərifin gizli səs yazısı ABŞ-ı qarışdırdı


İranın Xarici İşlər naziri Cavad Zərifin gizli səs yazısı yayılıb. 
Yeniavaz.com
xəbər verir ki, Zərifin gizli səs yazısı “The New York Times” tərəfindən yayımlanıb. İctimaiyyətə açıqlanması qadağan edilən səs qeydində Zərif ABŞ-ın sabiq xarici işlər naziri Con Kerinin ona informasiya ötürdüyünü bildirib: “Keri mənə zəng edərək İsrailin Suriyadakı İran hədəflərinə 200 hücum həyata keçirəcəyini söylədi. Bunu bilmirdim. ABŞ Ayn əl-Əsəd Hava Bazasına edilən hücumu məndən əvvəl öyrənmişdi”. 
Bu məlumatdan sonra ABŞ hökuməti Kerinin ünvanına sərt tənqidlər səsləndiriblər. Keçmiş xarici işlər naziri isə xəbəri yalanlayıb və ABŞ-la düşmən mövqedə olan bir ölkəyə məlumat ötürməsinin mümkün olmadığını bildirib.
Bəhs edilən səs yazısına digər diqqət çəkən məqam isə Zərifin 2020-ci ilin yanvarında öldürülən Qasım Süleymani barədə dedikləri olub. O bildirib ki, Süleymani İran hökumətinə xəbər vermədən Rusiya təyyarələrinin Suriyanı bombalamaq üçün İran hava məkanından istifadəsinə icazə verib. 

DİGƏR XƏBƏRLƏR

Top