Türkiyədə koronavirusa görə tam qapanma barədə qərar verildi


Türkiyədə yeni növ koronavirusa görə karantin rejimi sərtləşdirildi.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, Türkiyədə 29 aprel 19:00-dan, 17 may 05:00-a tam qapanma barədə qərar verilib. Qərara əsasən bu tarixlər arasında fasiləsiz komendant saatı tətbiq ediləcək. Daxili İşlər Nazirliyinin nizamnaməsində göstərilən istehsal, qida, təmizlik və sağlamlıq kimi sahələr fəaliyyət göstərəcək. Şəbəkə şəklində fəaliyyət göstərən ticarət mərkəzləri həftə sonları bağlanacaq, həftəiçi isə icazə verilən saatlarda fəaliyyət göstərəcək. Bütün şəhərlərarası səyahətlərə icazə veriləcək və şəhərlərarası ictimai nəqliyyat 50 faiz tutumla işləyə biləcək.
Qeyd edək ki, Türkiyədə son sutkada 37 min 312 nəfər koronavirusa yoluxub, 353 nəfər isə vəfat edib. Ümumilikdə isə bu günə qədər Türkiyədə 4 milyon 667 min 281 nəfər COVİD-19-a yoluxub, 38 min 711 nəfər isə həmin xəstəlik səbəbilə vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top