Xalq artisti Arif Quliyevin SON DURUMU


Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin son vəziyyəti açıqlanıb.

Yeniavaz.com-un xəbərinə görə, Xalq artistinin qızı Günel Quliyeva Report-a bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

“Hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti elə dünənki kimi çox ağırdır”, - o deyib.

Qeyd edək ki, bir müddət əvvəl COVID-19-a yoluxan A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.

DİGƏR XƏBƏRLƏR

Top