Mingəçevir Təcili yardım stansiyasına yeni rəhbər təyin olunub


Mingəçevir Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsinə yeni təyinat olub. 

Yeniavaz.com xəbər verir ki, bu vəzifəyə Allahverdi Alıyev təyin edilib.
Qeyd edək ki, o, bu vəzifədə bir neçə gün əvvəl işindən azad olunan Məzahir Yusifovu əvəz edib. 
Məlumat üçün bildirək ki A.Alıyev Mingəçevir, həmçinin, şəhər Mərkəzi Xəstəxanasının Səhiyyə Həmkarlar Şurasına rəhbərlik edir. 
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top