Arif Quliyevin ölüm xəbəri yalandır - TƏBİB

Xalq artisti Arif Quliyevin dünyasını dəyişməsi xəbəri yalandır.

Yeniavaz.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzindən (TƏBİB) bildirilib.

Məlumatda qeyd olunur ki, koronavirus infeksiyasına yoluxan A. Quliyevin müalicəsi davam etdirilir: "Yayılan məlumatlar həqiqəti əks etdirmir, xalq artisti "Yeni Klinika"da müalicə olunur".

Xatırladaq ki, xalq artisti Arif Quliyevin ölməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top