
Xəbər verdiyimiz ki, ötən gün Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, Əməkdar artistin yaxın dostu, iş adamı Mübariz Mənsimov sosial şəbəkə birlikdə çəkdirdikləri fotonu paylaşıb.
"Dəyərli dostum, əziz qardaşım...
Bu gün fani dünyanı tərk etdin. Allah sənə rəhmət eləsin, sədaqətli qardaşım. Azərbaycan incəsənətinə öz imzasını ata bilən sənətkarımız. Ata və anamın gəncliyi... O gözəl səsinlə ifa etdiyin mahnılar heç vaxt unudulmayacaq. Bu o deməkdir ki, sən ölmədin, hər zaman qəlbimizdə yaşayacaqsan. Rahat yat, əziz dost... Ruhun şad olsun...", M.Mənsimov qeyd edib.