Paşinyanın namizədliyi yenidən irəli sürüldü


Ermənistanın hakim “Mənim addımım” fraksiyası baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb.
Yeniavaz.com "Sputnik armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, aprel ayının 25-də Nikol Paşinyan növbədənkənar seçkilərin keçirilməsi üçün prosedur qaydalarına uyğun olaraq istefa verib. Prezident Armen Sarkisyan da Paşinyanın istefasını qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top