Yoluxanların sayı azaldı - SON RƏQƏMLƏR


Azərbaycanda bu gün koronavirus infeksiyasına 806 yeni yoluxma faktı qeydə alınıb, 1224 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada  31 nəfər COVID-19-dan vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 313 812 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 280 403 nəfər müalicə olunaraq sağalıb, 4402 nəfər vəfat edib, aktiv xəstə sayı 29 007 nəfərdir.
Ölkədə son sutka ərzində 5732, hazırkı dövrədək isə 3 195 268 test aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top