Beyləqanda maşın kanala aşdı, üç nəfər boğulub öldü


Beyləqan rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, rayonun Şahsevən kəndi ərazisində “VAZ-21901” markalı avtomobili körpüdən su kanalına aşıb.

Nəticədə avtomobildəki sərnişinlər - Yeni Mil qəsəbə sakini Mehman Qarayev, Sabirabad rayon sakini Azər Əhədov və Bakı şəhər sakini Elnur Həsənov suda boğularaq həlak olub, sürücü Akşin Cəfərov isə xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top