
Ermənistanda hakim "Mənim Addımım" partiyası Nikol Paşinyanı baş nazir vəzifəsinə namizəd göstərdi.
Yeniavaz.com xəbər verir ki, bu barədə Paşinyanın partiyası məlumat yayıb.
Qeyd edək ki, Nikol Paşinyan bu ilin iyun ayının 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Xatırladaq ki, daha əvvəlki çıxışlarında Paşinyan növbədənkənar parlament seçkiləri keçirilənədək Nazirlər Kabineti səlahiyyətlərini icra edəcəyini açıqlamışdı.