Rusiya benzin ixracına müvvəqqəti qadağa qoyur


"Rusiya hakimiyyəti ölkədən benzinin ixracına müvəqqəti qadağa qoyulması üçün qanuni əsas hazırlayır".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" qəzeti məlumat yayıb. Bildirilib ki, Rusiyanın Enerji Nazirliyi hazırda bu istiqamətdə işlər aparır. Benzin ixracına qoyulan qadağanın təfərrüatları hələlik açıqlanmayıb. 
Qeyd edək ki, bundan əvvəl də Rusiyanın enerji sektoruna nəzarət edən baş nazirin müavini Aleksandr Novak, hökumətin belə bir tədbiri məhdud bir müddətdə dəstəkləyə biləcəyini açıqlanmışdı. Həmçinin qeyd olunub ki, benzinin ixracına qoyulan məhdudiyyətlərin tətbiqi Rusiya bazarlarında tədarükün artmasına, bu da öz növbəsində qiymət endiriminə səbəb olacaq.

DİGƏR XƏBƏRLƏR

Top