Bakıda faciə baş verdi - ölən və yaralanan var - YENİLƏNİB

Bakıda yük qaldıran qurğunun trosunun qırılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1983-cü il təvəllüdlü şəxsin müalicəsi 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə "report"a xəstəxanadan məlumat verilib.

Bildirilib ki, yaralı xəstəxanaya qabırğanın sınığı diaqnozu ilə daxil olub və hazırda vəziyyəti ağır olaraq qalır.

16:36
Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb.

Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb.

Hadisə nəticəsində qurğuda olan fəhlələrdən bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top