Bakıda "AL market"ə basqın - naməlum şəxs pulları zorla alıb qaçıb


Bakıda marketə basqın olub.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, “AL market”in Xətai rayonunda yerləşən mağazasında naməlum şəxs həmin mağazanın müdir müavini Əlibala Orucovu bıçaqla hədələyib.

Naməlum şəxs müdir müavininin üzərindəki pulları zorla alaraq ərazidən uzaqlaşıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, basqınçının şəxsiyyəti müəyyənləşdirilir.

DİGƏR XƏBƏRLƏR

Top