Bakı-Sumqayıt elektrik qatarı 9-16 may tarixlərində işləyəcək?


Bakı-Sumqayıt elektrik qatarı bir həftə fəaliyyət göstərməyəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları QSC-dən bildiriblər.

Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması ilə əlaqədar həmin günlərdə Bakı-Sumqayıt-Bakı elektrik qatarları da hərəkətdə olmayacaq:

"Dəyişikliyə əsasən, mayın 8-i və 16-sı iş günləri olduğundan, qatarlar həmin tarixdə ənənəvi qrafik üzrə hərəkət edəcək".

DİGƏR XƏBƏRLƏR

Top